Türkiyə mətbuatı, 28 avqust 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1259627
Türkiyə mətbuatı, 28 avqust 2019

“Sabah” qəzeti: “Ərdoğan-Putin görüşü”

Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin dünən keçirilən ikitərəfli görüşündə ən əhəmiyyətli gündəm maddələrindən biri olan İdlib mövzusunda razılıq əldə olundu.

“Hürriyət”: “Rusiyadan gözlənilməyən “Türk kosmonavt” təklifi”

Rusiya Federal Kosmik Agentliyinin (ROSCOSMOS) rəhbəri Dmitri Roqozin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana kosmosa türk kosmonavt göndərməyi təklif etdi.

Prezident Ərdoğanla MAKS-2019 Beynəlxlaq Aviasiya və Kosmos Sərgisində qısamüddətli görüşü zamanı dedi.

Görüş zamanı kosmosa türk kosmonavt göndərmək istədiklərini bildirən Roqozin “Sizə ortaq bir təklifimiz var: Cümhuriyyətinizin 100-cü ildönümünü orbitə türk kosmonavt göndərərək qeyd etmək. Kosmonavt Tədris Mərkəzi buna hazırdır”, - deyə söylədi.

Ərdoğan isə təklifi məmnuniyyətlə qarşıladı.

“Star” qəzeti: “Türkiye bal ixracından 12 milyon 857 min 187 dollar gəlir elde étdi”

Türkiyənin balı yanvar-iyul ayları arası dünyanın dörd bir tərəfində ağızları dadlandırdı.

  Şərqi Qaradəniz İxracatçılar Birliyinin (DKİB) məlumatına görə, Türkiyədən ilin 7 aylıq dövründə 2945 ton bal ixrac edilməsi sayəsində ölkəyə 12 milyon 857 min 187 dollar gəlir gəldi.

“Vatan” qəzeti: “THY rekord qırdı”

Dünyada ən çox ölkəyə və ən çox nöqtəyə uçan hava yolu şirkəti ünvanına sahib olan Türk Hava Yolları (THY) 15 saat 15 dəqiqəlik Meksika səfərilə də “ən uzun müddət uçuş” rekordu qırdı.

“Haber Türk” qəzeti: “Moskvada Türk Musiqisi konserti”

Moskva Dövlət Çaykovski Konservatoriyasında Beynəlxalq Musiqi Festivalı çərçivəsində fəaliyyətini davam etdirən Yunis Əmrə İnstitutu "Türk  Musiqisi Təqdimatı Konserti” proqramı təqdim edildi.



Әlaqәli Xәbәrlәr