Türkiyә mәtbuatı: 30.07.2019

Türkiyə mətbuatında bu gün dərc olunan xəbərlərin xülasəsi

1244721
Türkiyә mәtbuatı: 30.07.2019

 

Türkiyə mətbuatında bu gün dərc olunan xəbərlərin xülasəsi

 

Yeni Şafak: ‘‘Deeskalasiya zonasını tәkbaşına yarada bilәrik’’

Türkiyə  Amerika Birləşmiş Ştatlarından  separatçı terror təşkilatı PKK/YPG-ni dәstәklәmәmәsini tәlәb edib.

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar vә ABŞ müdafiә naziri Mark  Esper arasında telefon danışığı olub.

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Nazirlikdәn bildirilib ki, Hulusi Akar görüşdә Türkiyәnin Amerika Birləşmiş Ştatlarından  separatçı terror təşkilatı PKK/YPG-ni dәstәklәmәmәsini gözlәdiyini ifadә edib.

‘‘Görüşdә Türkiyәnin cənubunda  terror dəhlizinin  yaradılmasına icazə verilmәyәcәyi, Türkiyənin yalnız öz xalqının deyil, eyni zamanda bölgədə yaşayan kürdlər, әrəblər, assuriyalılar, xristianlar, yezidilər vә digər etnik qrupların da təhlükəsizliyinin tәmin edilmәsini istәdiyi qeyd olunub’’,-deyә mәlumatda bildirilib.

Görüşdә hәmçinin Amerika Birlәşmiş Ştatları ilә razılıq әldә olunacağı tәqdirdә Türkiyәnin Suriya ilә sәrhәddә deeskalasiya zonasını tәkbaşına yarada bilәcәyi dә vurğulanıb.

 

Star: ‘‘Hisar havadan müdafiә sistemlәri yaxın zamanda TSQ-nin inventarına daxil edilәcәk’’

Müdafiə sahәsindә  xaricә olan  asılılığını azaldan Türkiyə  yerli və milli imkanlarla hazırlanan  havadan müdafiə sistemləri ilә bağlı fәaliyyәtlәrini davam etdirir. Rusiyadan satın alınan S-400 zenit-kaket komplekslәrinin  quraşdırılma  prosesi davam edərkən Türkiyə müdafiә sahәsi ilә bağlı layihәlәrdә irәlilәyiş әldә edib. Yerli imkanlarla hazırlanan ‘‘Hisar’’ havadan müdafiә sistemi yaxın zamanda Türkiyә Silahlı Qüvvәlәrinin inventarına daxil edilәcәk. Mәlumata әsasәn, ‘‘Hisar-A’’ 2021-ci ildә, ‘‘Hisar-O’’ 2022-ci ildә, ‘‘Hisar-U’’ havadan müdafiә sistemi isә 2025-ci ildә Türkiyә Silahlı Qüvvәlәrinin inventarına daxil edilәcәk.

 

Haber  Türk: "Türkiyə dünyanın ən böyük təbii qaz saxlama parkını inşa edәcәk’’

Türkiyәnin Enerji və Təbii Sәrvәtlәr naziri Fatih Dönməz Aksarayda inşa ediləcək  tәbii qaz saxlama parkının tutumunun 5,4 milyard kubmetr olacağını bildirib.  Fatih Dönməz  bildirib ki,  Türkiyәnin hazırda 1,2 milyard kubmet tutuma malik tәbii qaz saxlama parkı var. Təbii qaz saxlama parkının tәmәlqoyma mәrasimindә çıxış edәn Fatih Dönmәz qeyd edib ki, Türkiyə dünyanın ən böyük təbii qaz saxlama parkını  inşa edәcәk

 

Sabah: “Qara әncir dünyanın müxtәlif ölkәlәrinә ixrac olunur”

 

Türkiyәnin Egey bölgəsindә yetişdirilәn qara әncir dünyanın müxtәlif ölkәlәrinә ixrac edilir. Qara əncirin İngiltərə, Fransa, Almaniya, Hollandiya, Rusiya, Dubay və Honq Konq kimi ölkәlәrә ixrac edildiyi bildirilir. Mәlumata görә, qara əncir qanın laxtalanmasına mane olaraq ürək tutması riskini azaldır, dəridəki yaraların sağalmasına kömәk edir, anemiyanın qarşısını alır.  Qara әncir həmçinin  astma, öskürək, yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır.

 

Vatan: ‘‘Antalyada turistlәr çimәrliklәrә vә akvaparklara axışıblar’’

Antaliyada sərinləmək istəyən turistlər  Konyaaltı və Lara  sәmtlәrindәki  çimәrliklәrә axışıblar.  İnsanların asudə vaxtlarını səmərəli keçirdiyi yerlərdən biri də akvapark və hovuzlar olub.



Әlaqәli Xәbәrlәr