Türkiyə mətbuatı, 24 iyul 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1241236
Türkiyə mətbuatı, 24 iyul 2019

“Yenişafak”: “Rusiya: Daşınma fəaliyyətinin ilk mərhələsi bu həftə başa çatır”

Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Şöbəsinin (FSVTS) sədri Dmitri Şuqayev Türkiyəyə S-400 havadan müdafiə sistemlərinin daşınma prosesinin ilk mərhələsinin bu həftə tamamlanacağını söylədi.

“Star”: “Zelenski Türkiyənin tikinti sektorunu təriflədi”

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyənin tikinti şirkətlərini təriflədi. Kontrol zamanı yol tikinti işlərindəki problemlərə toxunan Zelenski “Normal bir şirkətlə, misal üçün Türkiyədən bir şirkətlə işləyə bilərsiniz. Bu işi onlara tapşırın” dedi. Avtomobil yollarının düzəldilməsi üçün göstəriş verən Zələnki, "Xahiş edirəm bu yolu necə tikəcəyimizi söyləyin. Bəhanələr gətirməyin. Türkiyə şirkətlərilə çalışın" deyə vurğuladı.

“Hürriyət”: “Türkiyənin müdafiə şirkətləri dünya sihayısında”

Türkiyə şirkətləri dünyanın ən etibarlı müdafiə sənayesi siyahısı qəbul edilən Dünyanın ilk 100 hərbi-sənaye şirkətləri arasındakı (Defens News Top 100) yerini möhkəmləndirdi. ASELSAN 52-ci, SMT 85-ci, ROKETSAN 89-cu pilləyə qalxdı. TUSAŞ 69-cu yeri aldı.

“Sabah”: “Türkiyədə 6 ayda 6 mindən artıq xarici şirkət quruldu”

Türkiyədə ilin ilk yarısında qurulan xarici sərmayəli şirkət sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 6, 86 faiz artaraq 6 min 179 oldu. Ən çox xarici sərmayəli anonim şirkət İstanbulda qurulduqda, əcnəbilərin gəldiyi ölkələrə nəzər saldıqda, İran 33 şirkət ilə birinci yeri alıb.

“Vatan”: “Sərhəd-keçid məntəqələrində “maşın ön bəyan” tətbiqilə sürətli keçidlər başladı”

Ölkə xaricindən Türkiyəyə maşınla gələn və internet vasitəsilə “maşın ön bəyan” adlı tətbiqlə yola düşmədən maşınlarını qeydiyyatdan keçirən vətəndaşlar sərhəd-keçid məntəqələrində işlərini sürətli şəkildə tamamlayaraq, uzun müddət növbədə gözləmədən yollarına davam edə bilirlər.



Әlaqәli Xәbәrlәr