Türkiyə mətbuatı, 22 iyul 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1240151
Türkiyə mətbuatı, 22 iyul 2019

“Star”: “Ərdoğandan Dünyaya Kıbrıs mesajı: Lazım gəlsə yenə eyni addımı atarıq”

Ərdoğan qeyd etdi ki, Türkiyə 45 il öncə atdığı addımı lazım olsa yenə də ata bilər.

“Türkiyə sülh hərəkatını Kıbrıs adasının bərabər hüquqlu sahiblərindən biri olan Kıbrıs Türk xalqının maraqlarını qorumaq üçün həyata keçirmişdi. Bu məsələdə mövqeyimizi bu gün də bütün dünya görməkdədir”, -deyə Ərdoğan bildirdi.

“Yeni Şafak”: Fuad Oqtay: Şərqi Aralıq dənizindəki fəaliyyətlərimizi qətiyyətli şəkildə davam etdirəcəyik”

Prezident müavini Fuad Oqtay Şərqi Aralıq dənizində baş verən enerji böhranı ilə əlaqədar olaraq “Türkiyəni Antalya körfəzi ilə məhdud etməyi istəyənlər bilsinlər ki,  dənizdibi ərazimizdə axtarış və neft çıxarma fəaliyyətlərimizi qətiyyətli şəkildə davam etdirəcəyik” dedi. Milli məqsədlərlə Şərqi Aralıq dənizində olan araşdırma gəmiləri və qazma platformalarında istənilən qoruma tədbirlərinin görüldüyünü bildirən Oqtay “Türk dənizçiləri Egeydə (Əgə) və Şərqi Aralıq dənizində ölkəmizin və Kıbrıslı türklərin haqlarının təminatçısı, sülh və təhlükəsizliyin zəmanətçisidir” deyə qeyd etdi.

“Hürriyət”: “İqtisadiyyatda milyard dollarlıq diplomatiya”

Prezident Aparatı Maliyyə ofisi İstanbulun beynəlxalq maliyyə mərkəzi olması üçün dünyanın sərmayədar potensiyalı ən yüksək ölkələrində görüşlər keçirməyə başladı. Maliyyə ofisi Honq Konq, Pekin və Şanxayda yüksək səviyyəli görüşlər keçirdi. Asiya bazarları ilə keçirilən görüşlərin London və Nyu-York kimi digər mərkəzlərlə də keçirilməsi planlaşdırılır. Maliyyə ofisi görüşlərdə Türkiyədəki sərmayə qoyuluşu imkanları barədə məlumat verəcək, üçüncü ölkələrdə birgə layihələr həyata keçirilməsi mövzusunda əməkdaşlıq imkanlarını dəyərləndirəcək.

“Haber Türk”: “Belə davam etsə Antalyada 16 milyon turist hədəfi ötüləcək”

Dünyanın bir çox ölkəsindən turistləri qonaq edən Antalyaya bu il indiyədək 6 milyon 914 min 909 əcnəbi turist gəldi. Peşəkar Otel İdarəçiləri Dərnəyinin (POYD) sədri Ülkay Atmaca “Hər gün rekord xəbərilə günə başlayırıq. Bir gün ərzində 96 min 191 nəfər turistlə bütün zamanların gündəlik sərnişin rəkordu qırıldı. Belə getsə Antalyada 16 milyon əcnəbi turist hədəfini ötəcəyik” dedi.

“Vatan”: “Minlərlə adam Boğazda üzdü”

İstanbul boğazında 31-ci Boğaziçi Qitələrarası Üzgü yarışı keçirildi. Türkiyənin və İstanbulun tanıdılmasına 30 ildir əhəmiyyətli töhfəsi olan və “Dünyanın ən yaxşı açıqsu üzgü tədbiri” seçilən yarışda 59 ölkədən yerli və xarici 2 min 400 üzgüçü yarışdı. Qitələrarası üzgü yarışında dünya rekordlarının sahibi Dominika Cümhuriyyətindən üzgüçü Markos Diaz və Dünya Açıksu Üzgü Birliyi tərəfindən 2018-ci ilin ən yaxşı idmancısı seçilən moldovalı İon Lazerence Tiron da mübarizə apardı.



Әlaqәli Xәbәrlәr