Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1198707
Türkiyə mətbuatı

"Star": "Xarici İşlər Nazirliyi ABŞ-ın İstanbul seçkiləri ilə bağlı açıqlamasına reaksiya göstərdi"
 
 Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun və ABŞ Konqres üzvlərinin İstanbulda yerli seçkilərin yenilənməsinə dair açıqlamaları ilə bağlı: " Mərkəzi Seçki Komissiyası  tərəfindən qəbul edilən bu qərara hər kəs hörmət etməlidir. Oxşar proseslərin ABŞ və başqa ölkələrdə də baş verdiyi, bunların demokratiyanın normaları çərçivəsində həll olunduğu yaddan çıxarılmamalıdır" ifadələrini işlətdi.
 
 "Yeni Şəfəq": "Anka" milli radarı ilə Egey ə Aralıq dənizlərində"
 
 Milli pilotsuz uçuş aparatı (İHA) "Anka" yeni faydalı yükü milli Sintetik Aydınlıqlı Radar (SAR) ilə işə başladı. SAR radarı və kamera yüklənmiş "Anka"dan Hərbi Dəniz Qüvvələri suüstü kəşfiyyat və müşahidə missiyaları üçün Egey və Aralıq dənizlərində istifadə edəcək. Radar sayəsində uzaq mənzildən və bulud üzərindən kəşfiyyat məlumatı toplama qabiliyyəti qazanan "Anka" suüstü vasitələrin növünü və yerini müəyyən edə biləcək.
 
 "Sabah": "Ləl-cəvahirat ixracı aprel ayında 258,9 milyon dollar oldu"
 
 Ləl-Cəvahirat İxracatçıları Birliyi ötən ay 258 milyon 862 min 728 dollarlıq ləl-cəvahirat ixracına imza atdı.  Ləl-cəvahirat İxracatçıları Birliyindən verilən məlumata görə, aprel ayında ən çox ixrac 81,1 milyon dollarla Yaxın və Orta Şərq Asiya ölkələrinə edilib. Yaxın və Orta Şərq Asiyanı 60 milyon dollar ilə Şimali Amerika, 50,3 milyon dollar ilə Avropa İttifaqı, 32 milyon dollar ilə digər Asya ölkələri və 14,4 milyon dollar ilə digər Avropa ölkələri təqib etdi.
 
 "Xəbər Türk: "Loreena Mckennitt Türkiyədə 3 konsert verəcək"
 
 Kanadalı musiqiçi Loreena Mckennitt Türkiyədə musiqisevərlərlə görüşəcək. Müğənni ilk konsertini 29 iyunda İzmirdə, sonrakı gün Ankarada, iyulun 1-də isə İstanbulda verəcək.
 
 "Hürriyyət": "Razqatlıoğlu və Sofuoğlu İtaliyada meydançaya çıxacaq"
 
 Milli motosikletçilərdən Topraq Razqatlıoğlu Ümumdünya Superbayk Çempionatında, Bahəddin Sofuoğlu isə Ümumdünya Supersport 300 Çempionatında həftə sonu İtaliyada mübarizə aparacaqlar..



Әlaqәli Xәbәrlәr