Türkiyə mətbuatı, 17.04.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1184813
Türkiyə mətbuatı, 17.04.2019

“Star”: “İsveçrə mediası İstanbul Hava Limanını təriflədi: "İnsanı məftun edir”

İsveçrənin etibarlı qəzetlərindən “Neue Zürcher Zeitung” yazıçısı Birgət Voigt “İstanbul Hava Limanına heyran olunur” başlıqı məqaləsində “Yeni İstanbul Hava Limanı məftunedicidir. Hava limanı həqiqətdən tərifəlayiq yüksək keyfiyyətli şərtlər təqdim edir, nəhəng bir sərnişin salonu var, her şey işıldayır" deyə yazıb.

“Sabah”: “Tikinti sektorunda 12 aydan sonrakı yüksəliş sevindirdi”

Türkiyə Tikinti Materialları Sənayeçiləri Dərnəyi tərəfindən hər ay nizamlı şəkildə yayılan hesabatda tikinti sektorunda 12 aydır olmayan yüksəliş mart ayında sona çatdı və yenidən fəallıq müşahidə olundu. Fəaliyyət indeksi mart ayında əvvəlki ay ilə müqayisədə 2,1 bal artdı. Bu nəticəyə görə, gələcək prosesdə istehsal və məşqulluqda artım olacağı nəzərdə tutulur.

“Yeni Şafak”: “Müsəlman olan amerikalı müğənni Türk Lirəsinə (TL) sahib çıxdı”

Türkiyəyə yerləşdiktən sonra müsəlman olan və Türk xalqının rəğbətini qazanan amerikalı sənətçi Della Miles Türk Lirəsinin dünyada layiq olduğu dəyəri görməsinin vacibliyini ifadə edərək konsert biletlərinin TL üzərindən satılmasına qərar verdi. Bir tərəfdən Avropanın əhəmiyyətli konsert salonlarında on minlərlə insana mahnı oxuyan, digər tərəfdən heyranı olduğu Türkiyə adına könüllü turizm elçiliyi vəzifəsini üzərinə götərən Miles konsert biletlərini TL üzərindən satış üçün təqdim etdi və qətiyyətliliyini göstərdi.

“Haber Türk”: “Sivasdakı Kızılçan gölü görənləri özünə heyran buraxır”

Sivas vilayetinin Zara qesebesinin Canova kəndində yerləşən və firuze rengile diqqətləri cəlb edən təbii quruluşlu göl, görənləri özünə heyran qoyur. Bir təpədə təxminən 100 metr dərinlikdəki krater çuxurunda yerləşən göl təbiət həvəskarlarını və fotoqrafları gözləyir. Kənd sakinləri "Vulkanik gölün dibini bilən yoxdur" deyirlər. Havanın vəziyyətinə görə rəngi dəyişən göldə balıq da yaşayır.

“Hürriyyet”: "Türkiyənin ən yaxşı qorunmuş kəndi: Adatəpə"

Çanaqqalanın Ayvacık qəsəbəsinə bağlı Küçükkuyu mahalında kiçik tarixi bir yer olan Adatəpə kəndi Türkiyənin ən yaxşı qorunmuş kəndi kimi tanınır. Rum və Türk memarlığının izlərini daşıyan binaların yerləşdiyi Adatəpə eynilə sakitliyə açılan bir pəncərədir. Tarixi daş evlərilə qonaqlarını qarşılayan Adatəpədə  tarixi dəyirmanlar, zeytun məhsullarının satıldığı kiçik dükanlar və zeytunun tarixinə həsr olunmuş bir də muzey var.



Әlaqәli Xәbәrlәr