Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1158619
Türkiyə mətbuatı


“Star” qəzeti: “Ərdoğan: "S-400" məsələsində işi görüb bitirmişik, ruslarla bəlkə “S-500” istehsalına başlayacağıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özəl televiziya kanalında gündəmə dair məsələləri dəyərləndirdi.

Ərdoğan Rusiyadan S-400 havadan müdafiə sisteminin alınması məsələsində geri addım atılmayacağını bildirdi.

Ərdoğan  S-400 raket sistemi ilə bağlı bəzi dairələrin Türkiyəyə qarşı təzyiqləri barəsində verilən sualı cavablandırarkən bunları qeyd etdi: "S-400 məsələsində biz işi görüb bitirmişik, o bitmiş bir şeydir. Artıq onun barəsində danışmağımızın mənası yoxdur. Çünki həm Rusiya prezidenti cənab Vladimir Putin ilə, həm də  Rusiya ilə biz bu məsələdə razılaşmışıq. Yəni kredit şərtlərindən tutmuş birgə istehsala qədər, bütün bunlar danışılıb, müqavilə bağlanıb, imzalar atılıb".

“Haber Türk” qəzeti: “Çavuşoğlu: "242 səfirlik və baş konsulluq ilə dünyada 5-ci yerdəyik"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin 242 səfirlik və baş konsulluq ilə dünyada 5-ci yerdə olduğunu bildirdi. Dünən Bandırma On Yeddi Eylül universitetində tələbələrə müraciət edən Çavuşoğlu xarici siyasətə dair məsələləri dəyərləndirdi. Xarici siyasətdə ədalətli və prinsipli rəftar edilməyəcəyi təqdirdə təşəbbüskarlığın sözdə qalacağını və sözlərin heç bir mənasının olmayacağını qeyd edən Çavuşoğlu hazırdaki qlobal sistemin problemlərin həllində uğursuz olduğunu vurğuladı.

“Yeni Şafak” qəzeti: “Nazirlik açıkladı: PKK hədəfləri vuruldu”

Türkiyə Silahlı Qüvvələri tərəfindən (TSQ) dünən İraqın şimalındakı terror  təşkilatı hədəflərinə hava əməliyyatı həyata keçirildi. Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində əməliyyata dair məlumat yayılıb. Məlumatda Metina, Zap, Avaşin-Basyan və Hakruk bölgələrinə istiqamətli  əməliyyatda terror təşkilatına məxsus silah-sursat, sığınacaq yerlər və silah anbarlarının məhv edildiyi bildirilib.

“Vatan” qəzeti: “Türkiyənin quduzluğa qarşı ilk antizərdabı”

Türkiyənin quduzluğa qarşı ilk antizərdabı ilin axırında istehsal olunacaq. Sənaye və Texnologiya naziri Mustafa Varank Əskişəhirdə ölkənin qabaqçıl iş qadınlarından təşkil tapan “40 mələk sərməyadarın” qurduğu “ALBİLA Zərdab Biyoloji Məhsullar Sənaye və Ticarət AŞ” mərkəzini gəzdi. Nazir Varank 2019-cu ilin axırında Türkiyənin quduzluğa qarşı antizərdabını istehsal edəcəyini bildirərək, “Bu sayədə Türkiyənin reallaşdırdığı on milyonlarla dollarlıq idxalın qarşısı alınacaq” dedi.

“Hürriyet” qəzeti: “THY-nin Berlindən Adana və Gaziantep şəhərlərinə birbaşa reysləri”

Türk Hava Yolları (THY) səlahiyyətliləri Almaniyanın paytaxtı Berlindən Adanaya birbaşa reysin 2 apreldə, Gaziantepə birbaşa uçusun isə 5 aprel 2019-cu il tarixində reallaşacağını açıqladı. Yay sezonu müddətində həftədə bir qarşılıqlı olacaq reyslərlə sərnişinlər Berlindən Adanaya THY-nin imtiyazlı səyahət təcrübəsilə uça biləcəklər. Berlindən Gaziantepə aprelin 5-də reallayacaq birbaşa reyslər də həftənin cümə və şənbə günləri qarşılıqlı olacaq.



Әlaqәli Xәbәrlәr