Türkiyə mətbuatı, 12 fevral 2019

“Vatan”, “Sabah”, “Haber Türk", “Hürriyyət” və “Yeni Şafak” 12 fevralda nədən yazır?

1143333
Türkiyə mətbuatı, 12 fevral 2019

“Vatan” qəzeti: "Kritik ad Türkiyədə"

  Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar fevralın 11-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu ilə bir araya gəldi. Görüşdə Soçidə 14 fevralda Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə keçiriləcək IV üçlü zirvə toplantısı ərəfəsində Suriyadakı proseslərlə yanaşı, İdlib və bölgədəki son vəziyyət müzakirə edilib.

“Sabah” qəzeti: "Türk Kartalı" “Ən mükəmməl təyyarə dizaynı" mükafatını aldı"

  “Türk Kartalı Alpına” Avropanın ən nüfuzlu yarışlarından biri olan "German Design Awards”da 10 ildən sonra “Ən mükəmməl təyyarə dizaynı” mükafatına layiq görülüb.

  Alpınanın həm quru, həm suya enə bilməsi, qanadlarının üst quruluşu və enerjisi qənaəti dünyaşöhrətli dizaynerlərin marağını qazanıb.

“Haber Türk" qəzeti: "Antarktida süxurları Mars araşdırmalarına mənbə olacaq"

  Antarktidada elmi fəaliyyətini tamamlayan İstanbul Texniki Universiteti (İTÜ) Geologiya Mühəndisliyi Kafedrasının elmi işçisi Yağmur Güneş Mars araşdırmalarında pilot bölgə olan qitədəki göl və süxurlardan aldığı maddələrlə "qırmızı planet"dəki işinə töhfə verəcəyini bildirib. Y.Güneş onu da deyib ki, "Türkiyədə kosmik araşdırmalarının sürətlə əhəmiyyət qazandığı son illər bu cür işlərin dəstəklənməsi ölkəmiz adına da son dərəcə gərəklidir".

“Hürriyyət” qəzeti: "Bayburtda hazırlanır, 4 qitəyə yayılır"

  Türkiyənin Bayburt şəhərində bir zavod, Bayburt başda olmaqla, bir çox rayondan çıxarılan təbii daşları işləyərək qısa müddətdə şöhrət qazanıb. Artıq Amerika, Avropa, Asiya və Afrika qitəsindəki 16 ölkəyə təbii daş satışı həyata keçirən zavodun baş direktoru Nurullah Şentürk bu barədə deyib: “Bayburt təbii daş ehtiyatları baxımından çox zəngin yeraltı sərvətlərə malikdir. Builki hədəfimiz ixracat rəqəmini 500 min dollara çıxarmaqdır”.

“Yeni Şafak” qəzeti: "İstanbulun su altı gün üzünə çıxır"

  İstanbulun su altındakı sərvətləri 12 fevralda Camal Reşit Rey Konsert Salonunda xüsusi ekran vasitəsilə tamaşaçılara təqdim olunacaq. İstanbul Böyükşəhər Bələdiyyəsi Turizm İdarəsi bildirib ki, 52 gündə 33 fərqli yerdə 100-dən çox dalğıcın çəkdiyi "İki dəniz, bir şəhər: su altındakı İstanbul" sənədli filmi İstanbulun suyun altındakı sərvətlərini dünyaya göstərəcək.



Әlaqәli Xәbәrlәr