Türkiyə mətbuatından xəbərlər (21.01.2019)

Türkiyə mətbuatında bu günün gündəmində olan xəbərləri.

1129550
Türkiyə mətbuatından xəbərlər  (21.01.2019)

"Sabah" qəzeti: "Prezident Aparatından Mak Gurka sərt cavab"
 
 Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Türkiyəni günahlandıran ABŞ-ın sabiq DEAŞ ilə mübarizə koalisiyasının xüsusi nümayəndəsi Brett Mak Gurkun (Brett McGurk) açıqlamalarına ötən gün "Twitter" hesabından cavab verərək, "Absurd analizdir. Türkiyəyə qarşı ittihamların mənasızdır. PKK təbliğatı aparırsan. Türkiyə yüz minlərlə suriyalının, ərəbin, kürdün, assuriyalının və digərlərinin həyatını xilas edib. PKK-ya yeni bir həyat vermək istəyirsən. Bu, olmayacaq" dedi.
 
 "Star" qəzeti: "Altun: "Zeytun Budağı" əməliyyatı ilə terror dəhlizi layihəsini darmadağın etdik"
 
 Prezident Aparatının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Altun ötən gün "Twitter" hesabından "Zeytun Budağı" əməliyyatının birinci ildönümü ilə bağlı açıqlama verdi. "Zeytun Budağı" əməliyyatında şəhid olanları rəhmətlə yad etdiyini bildirən Altun: "Fərat Qalxanın"dan sonra "Zeytun Budağı" əməliyyatı ilə sərhədlərimizdə terror dəhlizi yaratmaq təşəbbüsünü darmadağın etdik. Qlobal sülhə də xidmət edən addımlarla təhdidlərə məhəl qoymadan oyunları pozduğumuzu göstərdik. Bizi qələbəyə çatdıran şəhidlərimizi rəhmətlə, qazilərimizi minnətdarlıqla yada salırıq" ifadələrini işlətdi.
 
 "Hürriyyət" qəzeti: "Rusiyanın Türkiyədən idaxal etdiyi pomidorun kvotası 100 min tona çıxdı"
 
 Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdemirli Almaniyanın paytaxtı Berlində 11-ci Dünya Ərzaq və Kənd Təsərrüfatı Forumu çərçivəsində təşkil olunan Kənd Təsərrüfatı Nazirləri Konfransına qatıldıqdan sonra Berlin səfirliyində Türkiyənin mətbuat nümayəndələrinə açıqlamalar verdi. Pakdemirli "Rusiyalı həmkarımla görüşdük. Ən böyük nailiyyətlərimizdən birini 50 min tonluq pomidor kvotamızı 100 min tona çıxarmağımız oldu" dedi.
 
"Xəbər Türk" : "Türk podratçısının Avrasiya bazarına damğası"
 

 Xarici ölkələrdə ötən il 19,4 milyard dollarlıq layihə həyata keçirən Türk podratçıları bu layihələrin 46%-ni Avrasiya bölgəsində tətbiq ediblər. Türkiyə Podratçılar Birliyinin sədri Mithat Yenigün həyata keçirilən layihələrin regionlara görə bölgüsü haqqında da məlumat verdi. Yenigün 2018-ci ildəki iş həcminin 46%-nin Avrasiya,  26%-nin Orta Şərq,  18%-nin Afrika,  6%-nin Avropa, 3,2%-nin Cənubi Asiya və Uzaq Şərq və 0,6%-nin Amerika ölkələrində həyata keçirildiyini bildirdi. 
 
 "Vətən": "Türkiyəyə 400 il çatacaq qaya duzu ehtiyatı var"
 
 Çankırıda Hititlərdən bu günədək qaya duzu çıxarılan mağaranın Türkiyəyə  400 il çatacaq qaya duzu ehtiyatına malik olduğu bildirildi. Arxeoloji məlumatlara görə, Hitit tərəfindən qaya duzu çıxarılan mərkəzə 19 kilometr məsafədə yerləşən duz mədənindəki hasilat işləri xüsusi bir firma tərəfindən davam etdirilir.



Әlaqәli Xәbәrlәr