Türkiyә mәtbuatından xәbәrlәr 14.01.2019

Yeni Şafak: ‘‘Hava әmәliyyatı nәticәsindә 3 terrorçu zәrәrsizlәşdirildi’’

1124984
Türkiyә mәtbuatından xәbәrlәr  14.01.2019

Yeni Şafak: ‘‘Hava әmәliyyatı nәticәsindә 3 terrorçu zәrәrsizlәşdirildi’’

‘‘İraqın şimalındakı Zap vә Sinat-Haftanin bölgәlәrindә yanvarın 12-dә  keçirilәn hava әmәliyyatı nәticәsindә üç terrorçu zәrәrsizlәşdirilib. Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumata görә, keçirilәn әmәliyyat zamanı terror tәşkilatına mәxsus silah vә sursat anbarları, sığınacaq vә mağaralar mәhv edilib’’.

 

 Haber Türk: ‘‘Suriya ilә sәrhәddә tәlim’’

‘‘Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn  Suriya ilә sәrhәddәki ordu qәrargahlarına göndәrilәn birliklәr Hatay şәhәrindә tәlim keçirib. Tәlim çәrçivәsindә  birliklәr nәzarәt vә minaların mәhv edilmәsi mәqsәdilә treyninqlәr keçirib.

 

Sabah: "Türkiyәnin  hava mәkanından hәr  15 saniyədə bir təyyarə keçdi’’

Nəqliyyat və İnfrastruktur naziri Cahit Turhan keçәn il Türkiyәnin hava mәkanından orta hesabla hәr 15 saniyәdә bir tәyyarәnin  keçdiyini bildirib. Cahit Turxan  son illәrdә tәyyarә ilә sәyahәt edәn sәrnişin sayının artığını vurğulayıb. Cahit Turxan bildirib ki, son 10 ildә tәyyarә ilә sәyahәt edәn sәrnişin sayı hәr il orta hesabla 10.5 %  artaraq 62 milyondan 210 milyona yüksәlib.

 

Star: "Milli imkanlarla istehsal olunan PUA-ar dünyanın diqqәt mәrkәzindәdir’’

Fәrat Qalxanı vә Zeytun Budağı әmәliyyatlarında istifadә olunan vә  yerli vә mlii imkanlarla istehsal olunan pilotsuz uşuş aparatı PUA dünyanın diqqәt mәrkәzindәdir. Qәtәrdәn sonra Ukrayna da Türkiyәdәn 6 silahlı Bayraktar TB2 tipli pilotsuz uçuş aparatı alınması haqqında saziş imzalayıb.

 

Hürriyyet: "Yaponiya və Cənubi Koreyada  Türk mәhsullarına üstünlük verilir’’

‘‘Ege İxracatçılar Birliyinin  Türk mәhsullarının  Yaponiya vә Cәnubi Koreya bazarlarında nümayiş etdirilmәsini nәzәrdә tutan  ‘’Turquality’’ layihәsi  Türk mәhsullarına  bu ölkәlәrdә üstünlük verildiyini göstәrdi. Yaponiya vә Canubi Koreyaya ixrac edilәn Türk mәhsullarının 36 % artaraq 115 milyon dollardan 156 milyon dollara yüksәldiyi bildirilib.



Әlaqәli Xәbәrlәr