Türkiyənin xarici işlər naziri Rusiyadadır

İyunun 11-də keçiriləcək BRİKS+ sessiyasında Türkiyə xarici işlər nazirinin iştirak edəcəyi görüşlərdə Qəzzadakı son hadisələr, Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz başda olmaqla, regional və beynəlxalq problemlər müzakirə olunacaq

2151161
Türkiyənin xarici işlər naziri Rusiyadadır

 

  H.Fidan ilk olaraq Rusiyanın paytaxtı Moskvada Ahıska türklərinin nümayəndələri, daha sonra Rusiya Təhlükəsizlik Şurasının sədri Sergey Şoyqu ilə görüşüb.

  Türkiyə naziri Rusiya-Türkiyə İş Adamları Dərnəyinin (RTİB) təşkil etdiyi tədbirdə də iştirak edib.

  H.Fidan 2 günlük səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmilərlə görüşəcək.

  İyunun 11-də keçiriləcək BRİKS+ sessiyasında Türkiyə xarici işlər nazirinin iştirak edəcəyi görüşlərdə Qəzzadakı son hadisələr, Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz başda olmaqla, regional və beynəlxalq problemlər müzakirə olunacaq.

  Nazir Fidan Türkiyənin bölgədə davam edən müharibənin ən qısa zamanda sülh yolu ilə sona çatacağına dair gözləntilərini və bu istiqamətdə hər cür dəstəyi verməyə hazır olduğu mesajını təkrarlayacaq.

  Qeyd edək ki, 2006-cı ilin iyun ayında Rusiyadakı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Braziliya, Rusiya, Hindistan və Çinin bir araya gəlməsi ilə qurulan BRİKS 2010-cu ildə Cənubi Afrika, 2024-cü ildə Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iştirakı ilə daha da genişlənib. Daha 30 ölkənin də qoşulmağa hazır olduğu BRİKS qlobal iqtisadiyyatda mühüm mövqeyə malikdir və dünyada alternativ birliyə çevrilmək yolundadır.



Әlaqәli Xәbәrlәr