Türkiyə prezidenti azərbaycanlı həmkarından dəvəti məmnunluqla qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub

2151156
Türkiyə prezidenti azərbaycanlı həmkarından dəvəti məmnunluqla qəbul etdi

 

  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə Ankaraya işgüzar səfərə gəlib.

  Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Esenboğa Hava Limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.

  Sonra Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub.

  Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıblar.

  Görüşdə ölkələr arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

  Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi və Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi qeyd olunub.

  Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşünün əhəmiyyəti vurğulanıb.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi zirvə görüşündə iştirak edəcəyini bildirib və COP-29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

  Azərbaycan dövlət başçısı Türkiyə prezidentini COP-29-a bir daha dəvət edib. R.T.Ərdoğan dəvəti məmnunluqla qəbul etdiyini söyləyib.

  Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə respublikasına işgüzar səfəri elə həmin gün - iyunun 10-da başa çatıb.



Әlaqәli Xәbәrlәr