Hakan Fidan bu gün Rusiyaya səfər edəcək

Nazir Hakan Fidan 2 günlük səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmilərlə görüşəcək və iyunun 11-də keçiriləcək BRİKS+ sessiyasında iştirak edəcək.

2150574
Hakan Fidan bu gün Rusiyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Rusiyaya səfər edəcək.
Nazir Hakan Fidan 2 günlük səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmilərlə görüşəcək və iyunun 11-də keçiriləcək BRİKS+ sessiyasında iştirak edəcək.
Görüşlərdə Qəzzadakı son vəziyyət, Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz başda olmaqla regional və beynəlxalq problemlər müzakirə olunacaq.
Hakan Fidan səfər çərçivəsində Türkiyənin bölgədə davam edən müharibənin ən qısa zamanda sülh yolu ilə sona çatacağına dair gözləntilərini və bu istiqamətdə hər cür dəstəyi verməyə hazır olduğu mesajını təkrarlayacaq.

2006-cı ilin iyun ayında Sankt-Peterburqdakı Beynəlxalq İqtisadi Forumunda Braziliya, Rusiya, Hindistan və Çinin bir araya gəlməsi ilə qurulan BRİKS 2010-cu ildə Cənubi Afrikanın, 2024-cü ilə isə Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qatılması ilə struktura çevrilmişdi.

Daha 30 ölkənin qoşulmağa hazır olduğu BRİKS qlobal iqtisadiyyatda mühüm mövqeyə malikdir.



Әlaqәli Xәbәrlәr