Türkiye Livandakı vətəndaşlarına xəbərdarlıq edib

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Livandakı Türkiyə vətəndaşlarına bir sıra bölgələrə səfər etməmələri ilə əlaqədar xəbərdarlıq edilib.

2129241
Türkiye Livandakı vətəndaşlarına xəbərdarlıq edib

Türkiyənin Xarici İşlər Nazirliyi Livandakı vətəndaşlarına müraciət edərək onların tədbirli olmasını tövsiyə edib.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Livandakı Türkiyə vətəndaşlarına bir sıra bölgələrə səfər etməmələri ilə əlaqədar xəbərdarlıq edilib.

Bəyanatda bu ifadələrə yer verilib: “Regionumuzda baş verən son hadisələrin Livana təsiri çərçivəsində Livandakı vətəndaşlarımıza ehtiyatlı olmaları, lazım olmadıqca Nəbatiyeh, Cənubi Livan, Bekaa və Baalbek-Hirmil vilayətlərinə getməmələri tövsiyə olunur”.

Bəyanatda həmçinin Türkiyə vətəndaşlarına ölkədəki prosesləri nazirliyin və Türkiyənin Livandakı səfirliyinin rəsmi internet səhifələrində izləmələri tövsiyə olunub.



Әlaqәli Xәbәrlәr