Türkiyә Pakistana başsağlığı verdi

Türkiyə Pakistanın Pəncab, Bəlucistan və Hayber Paxtunxva əyalətlərində baş verən daşqınlar nəticəsində həyatını itirənlər ilə əlaqədar Pakistan xalqına və hökumətinə başsağlığı verib.

2129117

Xarici İşlər Nazirliyi Pakistanda baş verən daşqınlarla bağlı bəyanat yayıb.
Bəyanatda bu ifadələrə yer verilib: ''Pakistanın Pəncab, Bəlucistan və Xeyber Paxtunxva əyalətlərində baş verən daşqınlar nəticəsində insanların həyatını itirdiyinə dair yayılan xəbərlər bizi kədərləndirdi.
Həyatını itirənlərə Allahdan rəhmət diləyir, qardaş Pakistan xalqına və hökumətinə başsağlığı veririk''.
Xatırladaq ki, aprelin 13-də Pəncab, Bəlucistan və Hayber Paxtunxva əyalətlərində başlayan leysan yağışları və ildırım vurması nəticəsində 63 nəfər həyatını itirib.
Leysan yağışlarının səbəb olduğu daşqınlarda bir çox evə və infrastruktura ziyan dəyib.

Әlaqәli Xәbәrlәr