Hakan Fidan sabah Hollandiyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Hollandiyaya səfər edəcək. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Hakan Fidan hollandiyalı həmkarı Hanke Bruins Slot ilə görüşəcək.

2129314
Hakan Fidan sabah Hollandiyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Hollandiyaya səfər edəcək.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Hakan Fidan hollandiyalı həmkarı Hanke Bruins Slot ilə görüşəcək.
Görüş zamanı Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlük prosesi, Gömrük İttifaqının yenilənməsi və Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinin təmin edilməsi məsələləri müzakirə olunacaq.
Nazir Hakan Fidan səfər çərçivəsində Hollandiyadakı türk icmasının vəziyyəti və bu ölkədə keçmişdə Qurani-Kərimə qarşı hücumları da gündəmə gətirəcək.
Görüşdə terrorla mübarizə və Türkiyənin bununla bağlı gözləntiləri də Hollandiya tərəfinə çatdırılacaq.
Görüşdə İsrailin Fələstinə hücumları, Ukrayna və Kipr məsələləri başda olmaqla yaxın bölgələrdəki problemlər də gündəmə gələcək.



Әlaqәli Xәbәrlәr