Türkiyə və ABŞ nazirləri bölgədəki mövcud vəziyyəti müzakirə etdilər

H.Fidan regionda böhranın genişlənməsi və yayılması ehtimalından narahatıq hissi keçirdiklərini söyləyib

2127577
Türkiyə və ABŞ nazirləri bölgədəki mövcud vəziyyəti müzakirə etdilər

 

 

  Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Söhbət zamanı İranın İsrailə qarşı hücumundan sonra bölgədəki mövcud vəziyyət müzakirə edilib.

  H.Fidan regionda böhranın genişlənməsi və yayılması ehtimalından narahatıq hissi keçirdiklərini söyləyib. O, Türkiyənin İsrail-Fələstin qarşıdurması başladıqdan bəri bunun regional münaqişəyə çevrilmə riski daşıdığını dəfələrlə bəyan etdiyinə diqqət çəkərək problemin kökündə məhz bu qarşıdurmanın dayandığını bildirib. Türkiyənin xarici işlər naziri təcili olaraq atəşkəsin elan edilməsi və Qəzza zolağına humanitar yardımların fasiləsiz çatdırılmasının zəruriliyini vurğulayaraq, əks halda böhranın böyüməyə davam edəcəyi ehtimalını xatırladıb.

  Hakan Fidan gərginliyin artmasının qarşısının alınması baxımından təsirli ölkələrin İsrail-Fələstin məsələsində doğru mesajlar vermələrinin vacibliyini qeyd edib.

 

 



Әlaqәli Xәbәrlәr