ABŞ dövlət katibi müavinin Türkiyə səfəri

Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb

2127571
ABŞ dövlət katibi müavinin Türkiyə səfəri

 

  ABŞ dövlət katibinin müavini Con Bass aprelin 15-16-da Türkiyəyə səfər edir. Səfər Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçaparın dəvəti ilə baş tutur. Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

  Bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşlər zamanı martın 7-8-də Vaşinqtonda keçirilmiş VII ABŞ-Türkiyə Strateji Mexanizm üzrə görüşdə qərarlaşdırılan mövzular başda olmaqla ikitərəfli münasibətlərin müzakirəsi planlaşdırılır. Bununla yanaşı, regional və qlobal hadisələr, o cümlədən İsrail ilə Fələstin arasında davam edən qarşıdurmadakı son vəziyyət ətrafında da fikir mübadilələrinin aparılması gözlənilir.

 



Әlaqәli Xәbәrlәr