Rəcəb Tayyib Ərdoğan İsmayıl Haniyəyə başsağlığı verib

Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda  bildirilib.

2126635
Rəcəb Tayyib Ərdoğan İsmayıl Haniyəyə başsağlığı verib

Prezident Rəcəb Tayyib Ərdoğan ''Həmas''ın Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefon əlaqəsi saxlayıb. 
Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda  bildirilib. Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin hücumu nəticəsində 3 övladı və 3 nəvəsinin həlak olması ilə əlaqədar İsmayıl Haniyəyə başsağlığı verib.
Prezident Rəcəb Tayyib Ərdoğan söhbət zamanı İsrailin törətdiyi qeyri-insani cinayətlərə görə qanun qarşısında mütləq cavab verəcəyini bildirib.
Qeyd edək ki, İsrail Əl-Şati qaçqın düşərgəsinin sakinləri ilə bayramlaşmağa gedən ''Həmas''ın siyasi bürosunun sədri İsmayıl Haniyənin ailə üzvlərinin çoxunun olduğu avtomobili hədəf alıb.
Hücum zamanı maşında olan hər kəsin yaralandığı və ya həyatını itirdiyi bildirilib.
Hücum nəticəsində Haniyənin üç övladı ilə bəzi nəvələrinin həyatını itirdiyi qeyd olunub.



Әlaqәli Xәbәrlәr