Rəcəb Tayyib Ərdoğan bir sıra ölkənin lideri ilə telefon əlaqəsi saxlayıb

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev, Oman Sultanı Heysəm Bin Tarık, Pakistanın Baş naziri Şahbaz Şərif və İraq Prezidenti Əbdüllətif Rəşid ilə telefon əlaqəsi saxlayıb.

2126387
Rəcəb Tayyib Ərdoğan bir sıra ölkənin lideri ilə telefon əlaqəsi saxlayıb

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev, Oman Sultanı Heysəm Bin Tarık, Pakistanın Baş naziri Şahbaz Şərif və İraq Prezidenti Əbdüllətif Rəşid ilə telefon əlaqəsi saxlayıb.

Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Türkiye ilə Azərbaycan arasındakı əlaqələrlə yanaşı, regional və qlobal məsələlərin müzakirə edildiyi görüşdə prezident Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

Rəcəb Tayyib Ərdoğanın Oman sultanı Heysəm bin Tarıkla görüşündə iki ölkə arasındakı əlaqələr, İsrailin Qəzzaya hücumları və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə İsrailin Fələstin torpaqlarına hücumlarının dayandırılması və bölgəyə təcili humanitar yardımların istənilən miqdarda göndərilməsi üçün səylərin davam etdirilməsi lazım olduğunu və İslam dünyasının bu mövzuda birlik içində addım atmasının vacib olduğunu bildirib.

Liderlər söhbət zamanı bir-birini Ramazan bayramı münasibətilə təbrik ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğanın Pakistanın baş naziri Şahbaz Şəriflə görüşündə Türkiye ilə Pakistan arasında ikitərəfli əlaqələr və qlobal məsələlər müzakirə edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan Pakistanda baş verən son terror aktlarında həyatını itirənlərə Allahdan rəhmət diləyib və ailələrinə başsağlığı verib, ölkənin yaşadığı çətin dövrü dövlətin təcrübəsi ilə dəf edəcəyinə inandığını bildirib.

Söhbət zamanı liderlər həmçinin bir-birini Ramazan  bayramı münasibətilə təbrik ediblər.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan həmçinin İraq prezidenti Əbdüllətif Rəşidlə də telefonla danışıb.

Telefon danışığı zamanı Türkiye ilə İraq arasındakı əlaqələr, terrorla mübarizə, İnkişaf Yolu Layihəsi və regional məsələlər müzakirə edilib. Liderlər həmçinin bir-birini Ramazan bayramı münasibətilə təbrik ediblər.



Әlaqәli Xәbәrlәr