Rəcəb Tayyib Ərdoğan xalqı Ramazan bayramı münasibətilə təbrik edib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzzaya 45 min tondan çox yardım materialı göndərdiyini bildirib.

2126236
Rəcəb Tayyib Ərdoğan xalqı Ramazan bayramı münasibətilə təbrik edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyenin Qəzzaya 45 min tondan çox yardım materialı göndərdiyini bildirib.
Rəcəb Tayyib Ərdoğan yayımladığı videomüraciətində xalqı Ramazan bayramı münasibətilə təbrik edib.
Türkiye Prezidenti mesajında bu ifadələrə yer verib: ​​“Fələstin xalqının çətin günündə yanında olduğumuzu göstərdik. Türkiye bu günədək Qəzzaya 45 min tondan çox yardım materialı göndərdi. İnşallah bundan sonra da dəstəyimizi davam etdirəcəyik''. 
Mesajında terror təşkilatlarına qarşı aparılan mübarizəyə də toxunan Türkiye Prezidenti deyib:"Ölkəmizin birliyini, xalqımızın əmin-amanlığını təhdid edən terror təşkilatlarına ağır zərbələr endiririk. Terror bataqlığını mənbəyində qurutmaq strategiyamızı qətiyyətlə həyata keçiririk".



Әlaqәli Xәbәrlәr