“NATO XİN nazirləri toplantısı 2025-ci ildə Türkiyədə keçiriləcək”, H.Fidan

Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransında tədbirlə bağlı qiymətləndirmələr edən H.Fidan deyib ...

2125212
“NATO XİN nazirləri toplantısı 2025-ci ildə Türkiyədə keçiriləcək”, H.Fidan

 

  Türkiyənin Xarici işlər naziri Hakan Fidan NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısının 2025-ci ildə Türkiyədə keçirilməsinə qərar verildiyini bildirib.

  Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransında tədbirlə bağlı qiymətləndirmələr edən H.Fidan deyib: “NATO xarici işlər nazirlərinin 2025-ci ildə keçiriləcək qeyri-rəsmi toplantısının Türkiyədə keçirilməsini təklif etdim. Qərar qəbul olundu. Beləliklə, 2025-ci ildə NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı Türkiyədə keçiriləcək.

  Brüsseldəki toplantıda Türkiyənin təhlükəsizliyi ilə bağlı müttəfiqlərdən gözləntilərimizi söylədim. NATO-ya üzv ölkələr terrorla mübarizədə Türkiyəni tam və qeyd-şərtsiz dəstəkləməli, terrorla mübarizədə Türkiyənin yanında olmalıdır. Bəzi NATO üzvləri maska ​​altında da olsa, terror təşkilatı ilə əməkdaşlıq etməməlidir. Bu, ittifaqın ruhuna ziddir.

  Ümumi və ikitərəfli görüşlərdə separatçı terror təşkilatı PKK-nın Avropadakı hərəkətləri ilə bağlı vəziyyəti də müzakirə etdik. Biz onlara çatdırdıq ki, Avropada yaşayan soydaşlarımıza və vətəndaşlarımıza qarşı zorakılıq əməlləri nəinki pislənməlidir, hətta çox ciddi tədbirlər görülməlidir.

  İkitərəfli görüşlərim zamanı həmkarlarımla Qəzzadakı vəziyyətlə bağlı da fikir mübadiləsi apardıq, Türkiyənin Qəzza ilə bağlı narahatlığın vurğuladıq və məsələnin artıq həll edilə bilməyəcəyi bir nöqtəyə çatdığından təəssüfləndiyimizi ifadə etdik.

  Amerikalı həmkarım Entoni Blinkenlə görüşümdə bir çox məsələlərlə yanaşı prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Co Baydenin dəvəti ilə Amerika səfərinin tarixini danışdıq.

  F-16 məsələsi həll olunub. Digər sahələrin də irəliləməsini istəyirik. Prezidentimizin baxışı odur ki, Türkiyə-Amerika münasibətləri təkcə təhlükəsizlik deyil, həm də iqtisadiyyat, texnologiya, ticarət və digər sahələri əhatə etsin."  



Әlaqәli Xәbәrlәr