Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi bəyanat yaydı
Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi İsrail media orqanlarının ''Türkiye rəsmiləri İsrail ilə münasibətləri yaxşılaşdırmaq istəyir'' şəklindəki iddialarını təkzib edib.
![Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi bəyanat yaydı](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/bff3/6ea0/95f1/62a6ecf495490.jpg?time=1722045643)
Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi İsrail media orqanlarının ''Türkiye rəsmiləri İsrail ilə münasibətləri yaxşılaşdırmaq istəyir'' şəklindəki iddialarını təkzib edib.
Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, İsrailin Qəzzada törətdiyi cinayətlərlə bağlı rəsmi Ankaranın haqlı reaksiyalarından sonra Türkiyenin İsraildəki səfirliyinin müvəqqəti işlər vəkili martın 25-də İsrail Xarici İşlər Nazirliyinə dəvət olunub.
Bu görüşlə bağlı İsrail mətbuatının yaydığı xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.
Bəyanatda Türkiyenin İsrailin Qəzzada günahsız fələstinlilərə qarşı qətliamlarına hər səviyyədə qarşı çıxdığı qeyd edilib.
Bəyanatda həmçinin vurğulanıb ki, İsrailin yaydığı dezinformasiya kampaniyalarına etibar edilməməlidir.
Әlaqәli Xәbәrlәr
![Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb](http://cdn.trt.net.tr/images/medium/rectangle/b563/3121/7da9/661f89147bdd1.jpg?time=1722045644)
Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
İraq və Suriyanın şimalında separatçı terror təşkilatı PKK-nın 15 üzvü zərərsizləşdirilib