Hakan Fidan NATO sammitində iştirak edəcək
Türkiye NATO sammitində terrorla mübarizəni gündəmə gətirəcək.
![Hakan Fidan NATO sammitində iştirak edəcək](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/577c/36a4/09e9/6538df90157ed.jpg?time=1722046553)
Türkiye NATO sammitində terrorla mübarizəni gündəmə gətirəcək.
NATO-ya üzv ölkələrin xarici işlər nazirləri 2024-cü ilin ilk iclası ilə əlaqədar 3-4 aprel tarixlərində Belçikanın paytaxtı Brüsseldə bir araya gələcək.
İclasda Türkiyeni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.
İclasda ümumi çəkindirmə məsələləri, terrorizmlə mübarizə və Ukraynada baş verən proseslər gündəmə gələcək.
İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən sonra Alyansın son vəziyyəti və Vaşinqton sammitinə hazırlıq da gündəmdə olacaq.
Nazir Hakan Fidan iclasda NATO-nun terrora qarşı birgə mübarizə aparmasının vacibliyini, bunun NATO-nun vəzifələrindən biri olduğunu və bəzi NATO üzvlərinin separatçı terror təşkilatı PKK/YPG ilə tərəfdaşlıq münasibəti yaratmasının qəbuledilməz olduğunu bir daha vurğulayacaq.
Hakan Fidan həmçinin müdafiə sənayesi sahəsində müttəfiqlərin bir-birinə qarşı sanksiyalar və məhdudiyyətlər tətbiq etməsinin ittifaqın ruhuna zidd olduğunu ifadə edəcək və Türkiyenin Avropanın müdafiə və təhlükəsizliyinin necə effektiv şəkildə təmin ediləcəyi ilə bağlı fikirlərini çatdıracaq.
İclas çərçivəsində nazir Hakan Fidanın Britaniya, Almaniya, Bolqarıstan və Finlandiyalı həmkarları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.
Әlaqәli Xәbәrlәr
![Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb](http://cdn.trt.net.tr/images/medium/rectangle/b563/3121/7da9/661f89147bdd1.jpg?time=1722046554)
Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
İraq və Suriyanın şimalında separatçı terror təşkilatı PKK-nın 15 üzvü zərərsizləşdirilib