Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələri

Səsvermənin ölkə üzrə nəticələrinə əsasən ...

2122882
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələri

 

  Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin rəsmi olmayan yekun nəticələri bəlli olub.

  Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,59, hakim Ədalət və İnkişaf Partiyası isə 35,61 faiz səs toplayıb.

  AK Partiyanın namizədlərindən 24-ü, CHP-dən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib. Bunlardan AK Partiya üzrə 12, CHP üzrə 14-ü böyük şəhərlərdir.

  Ankara, İstanbul və İzmir Böyükşəhər bələdiyyə sədri vəzifələrinə CHP namizədləri Mansur Yavaş, Əkrəm İmamoğlu və Cemil Tuqay seçilib.

  Xatırladaq ki, Türkiyədə martın 31-də keçirilən yerli özünüidarə orqanlarına seçkilərində ümumilikdə 34 siyasi partiya və müstəqil namizədlər böyük şəhər, şəhər və rayon bələdiyyə sədrliyi, eləcə də məhəllə muxtarlığı üçün yarışıblar.



Әlaqәli Xәbәrlәr