Akif Çağatay Kılıç ABŞ nümayəndə heyəti ilə görüşüb
Türkiye Prezidentinin Dolmabaxçadakı iş kabinetində baş tutan görüş bir saat davam edib.
Türkiye Prezidentinin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müşaviri, səfir Akif Çağatay Kılıç ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvləri ilə görüşüb.
Türkiye Prezidentinin Dolmabaxçadakı iş kabinetində baş tutan görüş bir saat davam edib.
Görüşdə regional və beynəlxalq hadisələrlə yanaşı, Türkiye-ABŞ münasibətləri də qiymətləndirilib, həmçinin DEAŞ terror təşkilatı və ekstremizmlə mübarizə, PKK və onun mütəşəkkil cinayətkarlıq fəaliyyətləri, Rusiya-Ukrayna müharibəsi, İsrailin Fələstinə qarşı qeyri-insani hücumları və Fələstindəki vəziyyət müzakirə edilib.
Görüşdə ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers, ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvləri, ABŞ-ın Türkiyedəki səfiri Cefri Fleyk və ABŞ-ın İstanbuldakı baş konsulu Culi Edeh də iştirak ediblər.
Әlaqәli Xәbәrlәr
Hakan Fidanla Entoni Blinken arasında telefon danışığı olub
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Suriyadakı son hadisələr müzakirə olunub.