R.T.Ərdoğan 31 mart seçkilərilə bağlı paylaşım etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında martın 31-də keçiriləcək yerli seçkilərlə bağlı paylaşım edərək yazıb ...

2121922
R.T.Ərdoğan 31 mart seçkilərilə bağlı paylaşım etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında martın 31-də keçiriləcək yerli seçkilərlə bağlı paylaşım edərək yazıb: “Biz bütün fərqlərimizlə birlikdə 85 milyon nəfərlik böyük bir ailəyik. Seçki mahnımızda dediyimiz kimi, “Hamımız bir bağın gülləriyik, bir dağın yeliyik". Bu birliyi nə qədər möhkəm saxlasaq, gələcəyimizə bir o qədər inamla baxa bilərik. Siyasi baxışlarımız, bəyəndiyimiz partiyalar, mənşəyimiz, temperamentimiz və həyat tərzimiz fərqli ola bilər, amma Türkiyə bizim ortaq torpağımız, ortaq damımız, ortaq evimizdir.

  Milli iradənin təzahür aləti olan seçki qutusu hamımızın - 85 milyon adamın şərəfinə əmanətdir. Biz həm seçkiyə gedib, həm səs verib, həm də səsimizi qorumaqla demokratiyamız qarşısında üzərimizə düşən məsuliyyəti yerinə yetirəcəyik. Ümid edirəm ki, 31 mart seçkiləri ölkəmiz və millətimiz üçün faydalı olacaq”.



Әlaqәli Xәbәrlәr