Hakan Fidan Qəzza məsələsini qiymətləndirib

Xarici işlər naziri Hakan Fidan Qəzza zolağında təcili atəşkəsin təmin edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qəbul etdiyi qətnamə layihəsini qiymətləndirib.

2120805
Hakan Fidan Qəzza məsələsini qiymətləndirib

Xarici işlər naziri Hakan Fidan Qəzza zolağında təcili atəşkəsin təmin edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qəbul etdiyi qətnamə layihəsini qiymətləndirib.
Adanadakı iftar proqramında çıxış edən Hakan Fidan Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın gecə-gündüz xalqı  üçün çalışdığını, mübarizə apardığını ifadə edərək milli dirçəliş dövrünə qədəm qoyulduğunu deyib.
Hakan Fidan deyib:“Hazırda Türkiye olaraq  hər sahədə, hər masada varıq. Müdafiə sənayesində lokallaşma və millilik nisbəti 80 faizə  çatdırılıb. Güclü siyasi iradə, artan milli vasitə və imkanlarla ölkədəki bütün terror təşkilatlarına ağır zərbə endirildi. Arxasında kimin olmasından asılı olmayaraq, Suriya və İraqda terror dəhlizinin yaradılmasına icazə vermədik və verməyəcəyik''.
Dünyanın mürəkkəb və çətin bir prosesdən keçdiyini ifadə edən Hakan Fidan  deyib: “Bu gün hər cür çətin şərtlərə baxmayaraq, biz bir tərəfdən Ukraynada, Qəzzədə, Cənubi Qafqazda, İraqda, Liviya və Balkanlarda sülhün bərqərar olması üçün çalışırıq, digər tərəfdən də soydaşlarımızı qorumaq üçün əlimizdən gələni edirik''.
Fələstin davasını dəstəklədiklərini ifadə edən xarici işlər naziri deyib:
"Bizim göstərdiyimiz beynəlxalq təzyiqlər öz nəticəsini verir. BMT Təhlükəsizlik Şurasının atəşkəs və təcili humanitar yardımla bağlı yekun qərarı da bunun təzahürü idi. Bu dəfə qərarın verilməsinə ABŞ belə mane ola bilmədi. İsrail tək qaldı. Münaqişəyə son qoymaq və sülhün bərqərar olması üçün hər platformada fələstinlilərin səsi və nəfəsi olmağa davam edəcəyik''.



Әlaqәli Xәbәrlәr