‘‘Belçikada törәdilәn hücum PKK-nın Qərbi Avropada ictimai asayişi təhdid etdiyini göstərdi''

Bu barədə Türkiye Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

2120685
‘‘Belçikada törәdilәn hücum PKK-nın Qərbi Avropada ictimai asayişi təhdid etdiyini göstərdi''

Türkiyenin Xarici İşlər Nazirliyi terror təşkilatı PKK tərəfdaşlarının Belçikanın Leuven şəhərində Türkiye vətəndaşlarını hədəf alması ilə bağlı bəyanat yayıb.

Xarici İşlər Nazirliyinin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda  bu ifadələrə yer verilib: ''Yaşananlar bir daha göstərdi ki, PKK terror təşkilatı Qərbi Avropada sosial sülh və ictimai asayişi təhdid edir”.

Məlumata görə, Belçikanın Leuven şəhərində toplaşan PKK üzvləri Heusden-Zolder və Hauthalen şəhərlərində yaşayan Türkiye vətəndaşlarına hücum edib. Hücum nəticəsində həyatını itirənlər olmasa da, bəzi Türkiye vətəndaşları xəsarət alıb.

Paylaşımda deyilir: ''Nazirimiz həmin gecə Belçikanın xarici işlər naziri Hadja Lahbib ilə telefonla danışıb. Bundan əlavə Belçikadakı diplomatik nümayəndələrimiz hadisənin baş verdiyi bölgələrində yaşayan vətəndaşlarımızla görüşüblər. Belçikadakı cəmiyyətimizin sağlam düşüncəli münasibəti və Belçika polis orqanlarının təsirli müdaxiləsi sayəsində hadisələrin daha da ciddiləşməsinin qarşısı alınıb. Hücum edənlər haqqında araşdırma başladılıb. Baş verənlər bir daha göstərdi ki, PKK terror təşkilatı Qərbi Avropada sosial rifah və ictimai asayişi təhdid edir. Bütün səviyyələrdə proseslər izlənilir”.



Әlaqәli Xәbәrlәr