Yaşar Gülər terror təşkilatına qarşı həyata keçirilən əməliyyatları qiymətləndirib

Türkiyenin milli müdafiə naziri Yaşar Gülər ölkə daxilində və sərhəddən kənarda terror təşkilatlarına qarşı aparılan mübarizədən danışıb.

2120635
Yaşar Gülər  terror təşkilatına qarşı həyata keçirilən əməliyyatları qiymətləndirib

Türkiyenin milli müdafiə naziri Yaşar Gülər ölkə daxilində və sərhəddən kənarda terror təşkilatlarına qarşı aparılan mübarizədən danışıb.
Nazir Yaşar Gülər ​​dünən Kırıkkaledə verdiyi açıqlamada Türkiye Silahlı Qüvvələrinin sərhəd təhlükəsizliyini təmin etməklə yanaşı, terrorla mübarizədə də böyük uğurlar əldə etdiyini vurğulayıb.
"Ölkə daxilində və sərhəddən kənarda həyata keçirilən əməliyyatlarla təşkilata ağır zərbələr endirilib. Bu çərçivədə ölkə ərazisində  təhlükəsizlik və əmin-amanlıq mühiti yaradıldı. Terrorla mübarizə ilə yanaşı, sərhədlərimizin təhlükəsizliyini görülən ən güclü və təsirli tədbirlərlə təmin edirik. Eləcə də mavi vətənimizdə də maraqlarımızı müdafiə edirik. Bu fəaliyyətlərimizlə yanaşı bir çox coğrafiyada  təhlükəsizliyə, sülhə və sabitliyə mühüm töhfələr veririk'',-Yaşar Gülər qeyd edib.
Yerli və milli müdafiə sənayesi məhsulları ilə ordunun imkanlarını daha da artırdıqlarını ifadə edən Yaşar Gülər ''Fırtına'' haubitsaları, PUA, SİHA (silahlı pilotsuz uçuş aparatı), TİHA, hücum helikopterləri, TCG Anadolu gəmisi və hava hücumundan müdafiə sistemləri kimi bir çox kritik məhsulların ordunun inventarına daxil edildiyini deyib.
Yaşar Gülər ​​çıxışında həmçinin milli döyüş təyyarəsi KAAN-nın fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirdiyini xatırladıb.

"Beləliklə Türkiye dünyada öz döyüş təyyarəsini istehsal edə bilən nadir ölkələrdən birinə çevrilib. Bununla nə qədər fəxr etsək azdır'',-deyə Yaşar Gülər qeyd edib.



Әlaqәli Xәbәrlәr