Türkiye BMT TŞ-nın Qəzza ilə bağlı qərarına münasibət bildirib

Türkiye İsraildən Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının qəbul etdiyi Qəzza qətnaməsinin tələblərini yaxın zamanda yerinə yetirməsini təmənni etdiyini bildirib.

2120204

Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli BMT Təhlükəsizlik Şurasının martın 25-də qəbul etdiyi və Qəzzada dərhal atəşkəs elan edilməsini tələb edən 2728 (2024) saylı qətnamə ilə bağlı suala yazılı cavab verib.

Sözçü Öncü Keçeli "BMT Təhlükəsizlik Şurasının Ramazan ayında Qəzzada təcili atəşkəs tələbi ilə bağlı qərarını və ayrıca Qəzzaya humanitar yardımların çatdırılmasının təmin edilməsini müsbət addım kimi görürük. Arzumuz İsrailin bu qərarın tələblərini bir an əvvəl yerinə yetirməsidir" deyib.

Ö.Keçeli Qəzzada baş verən humanitar fəlakətin sona çatması və İsrail-Fələstin probleminin daimi həlli üçün beynəlxalq ictimaiyyəti İsrailə qarşı ortaq mövqe nümayiş etdirməyə çağırıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Qəzzada qalıcı və davamlı olacaq “Ramazan ayında dərhal atəşkəs” qəbul edilməsinə dair qətnamə layihəsi qəbul edilib.

Qanun layihəsi 14 müsbət və ABŞ-ın verdiyi 1 bitərəf səs ilə qəbul edilib.

Әlaqәli Xәbәrlәr