Türkiyə prezidenti rusiyalı həmkarına dəstəyini ifadə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub

2119418
Türkiyə prezidenti rusiyalı həmkarına dəstəyini ifadə etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Danışıq zamanı Ərdoğan Moskvada baş verən terror aktı ilə bağlı dərin kədər hissi keçirdiklərini bildirərək rusiyalı həmkarına başsağlığı verib.

  Prezident Ərdoğan günahsız insanları vəhşicəsinə hədəfə alan mənfur terror aktını ən sərt şəkildə qınayaraq Rusiya xalqına səbr diləyib.

  Türkiyə prezidenti baş verən hücumun bölgədəki böhranlara ən qısa zamanda sülh yolu ilə son qoyulmasının vacibliyini ortaya qoyub, terrorla mübarizə sahəsində Rusiya ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib.

 



Әlaqәli Xәbәrlәr