THY 10 ildən sonra Liviya uçuşlarına başlayır

Liviyanın baş naziri Əbdülhəmid Dibeybe sosial media hesabından açıqlama verərək bildirib ...

2119362
THY 10 ildən sonra Liviya uçuşlarına başlayır

 

  Türkiyə Hava Yolları (THY) 10 ildən sonra gələn həftədən Liviyaya uçuşlara başlayır.

  Liviyanın baş naziri Əbdülhəmid Dibeybe sosial media hesabından açıqlama verərək bildirib: “Əlhəmdülillah, təxminən 10 illik fasilədən sonra THY martın son həftəsindən etibarən Liviyaya uçuşlarına yenidən başlayır.

  THY-nin Liviyaya uçuşlara başlaması ölkədə sabitliyin bərqərar olmasıdır. Bu addıma töhfə verən Liviya Mülki Aviasiya İdarəsi və əlaqədar qurumlara təşəkkür edirəm”.

  THY-nin baş direktoru Bilal Ekşi da sosial media hesabından açıqlama verərək bildirib: "Liviyaya uçuşlarımız başlayır. Həftədə 3 uçuş həyata keçirəcəyik. Biletlər artıq satışdadır".



Әlaqәli Xәbәrlәr