“BMT İsrail hökumətinin bu barbarlığını seyr edir”, R.T.Ərdoğan

İstanbulda bir iftar proqramında çıxışında Ərdoğan Suriya, İraq, Sudan və son olaraq Qəzzada baş verən hadisələrin mübarək Ramazan günlərinin sevincinin yaşanmasına mane olduğunu bildirərək deyib ...

2119325
“BMT İsrail hökumətinin bu barbarlığını seyr edir”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada İkinci Dünya Müharibəsindəkindən daha amansız bir soyqırım törətdiyini söyləyib.

  İstanbulda bir iftar proqramında çıxışında Ərdoğan Suriya, İraq, Sudan və son olaraq Qəzzada baş verən hadisələrin mübarək Ramazan günlərinin sevincinin yaşanmasına mane olduğunu bildirərək deyib: “İnsanlıqdan məhrum bir terror dövləti olan İsrail 2023-cü ilin 7 oktyabrından uşaq, qadın, qoca və mülki qəzzalıları alçaqcasına qətlə yetirir. İsrail Qəzzada İkinci Dünya Müharibəsindən daha qəddar bir soyqırım törədir. Müharibədə belə xəstəxanalar, tibb işçiləri, ibadət yerlərinə toxunulmamalıdır, amma bunlar işğalçı qüvvələrin xüsusi olaraq hədəfində oldu. Beynəlxalq qurumlar və təşkilatlar, xüsusilə də BMT sadə reaksiyalar verməklə İsrail hökumətinin bu barbarlığını seyr edir. Türkiyə və bir neçə ölkə istisna olmaqla, demək olar ki, İsrailə və onun Qərb tərəfdarlarına qarşı səsini ucaldan ölkə yoxdur.

  Türkiyə bölgədəki dostları ilə əməkdaşlıq edərək məzlum Qəzza xalqına kömək etməyə və onların əzablarını müəyyən qədər yüngülləşdirməyə çalışır.

  Peyğəmbərimizin dediklərilə - əlimizlə, dilimizlə, qəlbimizlə zülmə qarşı durur, qəzzalı bacı-qardaşlarımızı dəstəkləyirik”.



Әlaqәli Xәbәrlәr