Türkiye siyasətçiləri Moskvada törədilən terror aktını qınadılar
Hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Ömər Çelik və Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Moskvada törədilən terror aktını pisləyib.
Hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Ömər Çelik və Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Moskvada törədilən terror aktını pisləyib.
Moskvada törədilmiş terror aktı ilə bağlı rəsmi internet səhifəsində paylaşım edən Ədalət və İnkişaf Partiyasının sədr müavini Ömər Çelik deyib: “Rusiyanın paytaxtı Moskvadakı konsert zalında dinc sakinləri hədəf alan terror aktını qətiyyətlə pisləyirik. Həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Rusiya xalqının kədərinə şərikik''.
Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da Rusiyanın paytaxtı Moskvadakı konsert zalında dinc sakinləri hədəf alan terror aktını pisləyib.
Rəsmi internet səhifəsində paylaşım edən Numan Kurtulmuş deyib: “Moskvada günahsız dinc sakinləri hədəf alan vəhşi terror hücumunu şiddətlə qınayır, Rusiya hökumətinə və Rusiya xalqına başsağlığı verirəm”.
Әlaqәli Xәbәrlәr
Türkiyə ilə Yunanıstan nümayəndə heyətləri danışıqları davam etdirir
Yunanıstanın paytaxtı Afinada iki ölkənin nümayəndə heyətləri arasında görüş keçirilib.