Rəcəb Tayyib Ərdoğan Rusiyada törədilən terror aktını pisləyib

Türkiye Prezidenti və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Ərdoğan “Böyük Ankara mitinqi”ndə xalqa müraciət edib.

2119274
Rəcəb Tayyib Ərdoğan Rusiyada törədilən terror aktını pisləyib

Türkiye Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın paytaxtı Moskvada törədilən terror aktını pisləyib.

Türkiye Prezidenti və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Ərdoğan “Böyük Ankara mitinqi”ndə xalqa müraciət edib.

Ərdoğan çıxışında dünən Moskvada konsert zalında törədilən terror aktına görə ölkəsi və xalqı adından Rusiya hökumətinə başsağlığı verib.

“Biz günahsız dinc sakinləri hədəf alan bu xain terror aktını qətiyyətlə pisləyirik”, - deyə Türkiye Prezident bildirib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, terrorun qanlı üzünü çox yaxşı bilən bir ölkə olaraq rus xalqının kədərinə şərikik. Bəşəriyyətin ümumi problemi olan terrora qarşı mübarizəmizi davam etdirəcəyik.



Әlaqәli Xәbәrlәr