Türkiye Qəzzaya ən çox yardım çatdıran ikinci ölkə oldu

Türkiye İsrailin hücumları altında olan Qəzza zolağına ən çox humanitar yardım çatdıran ikinci ölkə oldu.

2119002
Türkiye Qəzzaya ən çox yardım çatdıran ikinci ölkə oldu
Turkiye gazze yardimlar1.jpg
Turkiye gazze yardimlar.jpg

Türkiye İsrailin hücumları altında olan Qəzza zolağına ən çox humanitar yardım çatdıran ikinci ölkə oldu.

İsrail Müdafiə Nazirliyinə bağlı Bölgələrdəki Hökumət Fəaliyyətləri Koordinatorunun (COGAT) internet saytında dərc edilən məlumata görə, İsrailin bloklamağa davam etdiyi və çox az miqdarda daxil olmasına icazə verdiyi yardımların 27 faizi Birləşmiş Ərəb Əmirlikləri 19 faizi isə Türkiyedən göndərilib. Türkiyeni 18 faizlə Səudiyyə Ərəbistanı və 8 faizlə Qətər izləyib.

Qəzza zolağına girməyə icazə verilən 74 təcili yardım maşınından 7-si Türkiye tərəfindən bağışlanarkən, Türkiye, Misir və BƏƏ-nin koordinasiyasında 3204 xəstə və yaralı 725 müşaiyətçi ilə ölkə xaricində müalicə olunmaq üçün Qəzza zolağından təxliyə edilib.

Türkiye İsrailin hücumları başlayandan bəri Misirlə koordinasiyalı şəkildə Qəzzaya hərtərəfli humanitar yardım çatdırmağa davam edir.

Digər tərəfdən, Türkiye İsrailin Qəzzaya hücumlarından sonra səhiyyə xidmətlərindən istifadə edə bilməyən xəstə və yaralılara yardımlarını davam etdirir. Bu çərçivədə Türkiye Misir və İsrailin koordinasiyasında həyata keçirilən təxliyə prosesində müalicəsini davam etdirə bilməyən xəstə və yaralılar üçün çoxlu təxliyə əməliyyatı həyata keçirib.

Dünyanın bir çox ölkəsi Misir ərazisindən keçməklə Qəzzaya humanitar yardım göndərib, lakin İsrailin maneələri üzündən bu yardımın böyük hissəsi Misirdə gözləməyə davam edir.

İsrail humanitar yardımın Misir sərhədində yerləşən Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə Qəzzaya daxil olmasına icazə verilməsi ilə bağlı beynəlxalq çağırışlara da məhəl qoymur.

Rəsmi Təl-Əviv həmçinin Cənubi Afrikanın İsrailə qarşı irəli sürdüyü soyqırım iddiasında Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzaya humanitar yardımın verilməsinə icazə verilməsi ilə bağlı qəbul etdiyi müvəqqəti tədbir qərarını icra etməkdən imtina edir.



Әlaqәli Xәbәrlәr