''Türkiye iqtisadiyyatını dünyanın ən güclü iqtisadiyyatları sırasına daxil etməyi hədəfləyirik''

Bu sözləri Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

2118480
''Türkiye iqtisadiyyatını dünyanın ən güclü iqtisadiyyatları sırasına daxil etməyi hədəfləyirik''

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiye iqtisadiyyatını dünyanın ən güclü iqtisadiyyatları sırasına daxil etməyi hədəflədiklərini söylədi.
Hakim Ədalət və İnkişaf Partiyasının sədri və Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Kayseri şəhərindəki mitinqində xalqa müraciət edib.
Xalqı Novruz bayramı münasibətilə təbrik edən Rəcəb Tayyib Ərdoğan deyib: "Bütün xalqımızın və bölgəmizdə Novruz sevincini yaşayan bütün qardaşlarımızı Novruz bayramı münasibətilə təbrik edirəm. İnşallah Orta Asiyadan Balkanlara qədər geniş bir bölgədə yeni ümidlərlə qeyd olunan Novruz bayramı xeyirlərə vəsilə olar''.
Türkiye iqtisadiyyatına da toxunan Rəcəb Tayyib Ərdoğan deyib:
"21 ildə Türkiye iqtisadiyyatı 3 dəfə irəliləyiş əldə edib. Hazırki hədəfimiz Türkiyeni 2 il ərzində dünyanın ən güclü iqtisadiyyatları sırasına daxil etməkdir''.



Әlaqәli Xәbәrlәr