"İlin əvvəlindən indiyədək 608 terrorçu zərərsizləşdirilib", Y.Gülər

Milli müdafiə naziri Yaşar Gülər ​​terrorla mübarizədə qətiyyəti vurğulayaraq, ilin əvvəlindən indiyədək 608 terrorçunun zərərsizləşdirildiyini bildirib.

2118214

Qəhrəmanmaraşda şəhid ailələri, qazilər və onların ailələri ilə iftar süfrəsində bir araya gələn Y.Gülər qəhrəman Türkiye ordusunun sərhədlərin təhlükəsizliyinin təmin edilməsindən terrorla mübarizəyə, ölkədə hüquq və mənafelərin qorunmasından tutmuş geniş fəaliyyət sahəsinə malik olduğunu qeyd edib. Nazir bundan əlavə yerli və milli müdafiə sənayesinin inkişafında müxtəlif uğurlar qazanıldığını vurğulayıb:

"Qəhraman ordumuz ölkəmizin və ulu millətimizin hüquq və qanunlarına təcavüz edən bu qatil sürüsünə qarşı böyük əzm və səylə terrora qarşı mübarizəsini davam etdirir. Bu çərçivədə ölkə daxilində və sərhəddən kənarda həyata keçirdiyimiz uğurlu əməliyyatlarla terror təşkilatının belini qırdıq. 

Axırına çatan terrorçuların başı tərəddüd etmədən əzilir və əzilməyə davam edəcək. Bu çərçivədə ilin əvvəlindən 608, 24 iyul 2015-ci ildən isə 40 min 177 terrorçu zərərsizləşdirilib".

Әlaqәli Xәbәrlәr