Rəcəb Tayyib Ərdoğan Türkiyenin iqtisadi göstəricilərini qiymətləndirib

Hakim Ədalət və İnkişaf Partiyasının sədri və Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Isparta şəhərindəki mitinqindəki çıxışında Türkiye iqtisadiyyatına toxunub.

2117991
Rəcəb Tayyib Ərdoğan Türkiyenin iqtisadi göstəricilərini qiymətləndirib

Prezident Rəcəb Tayyib Ərdoğan iqtisadi göstəricilərin çox yaxşı səviyyədə olduğunu bildirib.
Hakim Ədalət və İnkişaf Partiyasının sədri və Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Isparta şəhərindəki mitinqindəki çıxışında Türkiye iqtisadiyyatına toxunub.
Həyata keçirilən proqramın nəticələrinin bu ilin ikinci yarısında görünməyə başlayacağını bildirən Rəcəb Tayyib Ərdoğan deyib:"Ümumi iqtisadi göstəricilərimiz çox yaxşıdır. Milli gəlirimiz, məşğulluq, istehsal və ixracımız tariximizdə ən yüksək səviyyədədir. İnflyasiya azaldıqca, bu müsbət mənzərənin faydalarını daha dəqiq görəcəyik''.
Müdafiə sənayesinə də toxunan Ərdoğan bildirib ki, Türkiye pilotsuz uçuş aparatı (PUA) texnologiyasında dünyanın ilk 3 ölkəsindən biri və milli döyüş təyyarəsi KAAN ilə 5-ci nəsil təyyarə istehsal edə bilən 4 ölkədən biridir.

Prezident Rəcəb Tayyib Ərdoğan Burdurdakı mitinqdəki çıxışında 
ölkədəki rifah səviyyəsinin yüksəlməsini təmin etməyi hədəflədiklərini bildirən Ərdoğan bunun üçün inflyasiyanın təkrəqəmli rəqəmlərə endirilməsinin zəruri olduğunu qeyd edib.
''Daha əvvəl etdiyimiz kimi, yenə buna nail olacağıq.Dövlətimizin imkanları artdıqca, gəlirləri artdıqca, çiyinlərindəki yük azaldıqca, yaranan resursları hamıya ədalətli şəkildə bölüşdürəcəyik”,-Rəcəb Tayyib Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr