İspaniyanın xarici işlər naziri Türkiyeyə səfər edəcək

Bu barədə Türkiyenin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

2117772
İspaniyanın xarici işlər naziri Türkiyeyə səfər edəcək

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Bueno Türkiyeyə səfərə gəlir.
Xarici İşlər Nazirliyindən səfərlə bağlı verilən yazılı açıqlamada deyilir:
“İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı (Aİ) və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno 20-21 mart 2024-cü il tarixlərində ölkəmizdə rəsmi səfərdə olacaq. Görüşlər zamanı iki ölkə arasındakı münasibətlər, həmçinin Türkiye-Avropa İttifaqı münasibətləri, cari regional və qlobal proseslər müzakirə olunacaq”.



Әlaqәli Xәbәrlәr