Muğla sahillәrindә 33 miqrant xilas edilib
Muğla vilayətinin Bodrum rayonu sahillərində qeyri-qanuni yollarla xaricə getməyə çalışan 33 miqrant xilas edilib, 67 miqrant isə yaxalanıb.
Muğla vilayətinin Bodrum rayonu sahillərində qeyri-qanuni yollarla xaricə getməyə çalışan 33 miqrant xilas edilib, 67 miqrant isə yaxalanıb.
Türkiye Sahil Mühafizə Komandanlığının internet səhifəsində verilən açıqlamada Bodrum sahillərindəki müqrantları xilas etmək üçün bölgəyə xilasedici gəminin göndərildiyi bildirilib.
Əmәliyyat nәticәsindә Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyeyә geri qaytarılan 12-si uşaq olmaqla 33 miqrant xilas edilib.
Bodrum sahillərində müxtəlif vaxtlarda, vəzifəli Sahil Mühafizə qayıqları ilə radar tərəfindən təsbit edilən 3 hərəkətdə olan rezin qayıq dayandırılaraq, 13-ü uşaq olmaqla 67 qeyri-qanuni immiqrant və 2 miqrant qaçaqmalçı şübhəlisi yaxalanıb.
Miqrantlar keçirilǝn ǝmǝliyyatdan sonra Miqrasiya İdarǝsinǝ göndǝrilib.
Әlaqәli Xәbәrlәr
“Trampdan əvvəlki hökumətin səhv siyasətlərini tərk etməsini gözləyirik”, R.T.Ərdoğan
R.T.Ərdoğan İstanbulda keçirilən 6-cı Beynəlxalq Qadın və Ədalət Zirvəsində çıxış edib