“Hazırda hədəfimiz insansız sualtı qayıqlar hazırlamaqdır”, R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada əsgərlərlə iftar yeməyində bir araya gəlib.

2117186
“Hazırda hədəfimiz insansız sualtı qayıqlar hazırlamaqdır”, R.T.Ərdoğan
erdogan askerle iftar.jpg
erdogan askerle iftar.jpg

“Biz bu yay İraqla olan sərhədin təhlükəsizliyini tam təmin edəcəyik. Suriyada yarımçıq qalan işimizi tamamlayacağıq”.

Bunu prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada əsgərlərlə iftar yeməyində deyib.

Dövlət başçısı “Şəhidlərin qanı ilə sulanmış öz ölkəmizdə azad, başımız uca, şərəfli və dinc yaşamaq istəyiriksə, oyunları korlamaqdan, xainlərin məqsədlərinə çatmalarına mane olmaqdan başqa çarəmiz yoxdur. Ona görə də mütləq güclü orduya sahib olmalıyıq. Türkiye çəkindiriciliyini hər zaman ən yüksək səviyyədə saxlamalı olan bir ölkədir. Yalnız öz gücümüzlə düşmənlərə qarşı özümüzü qoruya bilərik".

Prezident bəyan edib ki, güclü ordu millətin birliyinin, qardaşlığının ən böyük əsasıdır.

Ərdoğan qanlı terror təşkilatlarına qarşı apardıqları çətin mübarizənin müvəffəqiyyətlə keçməsi üçün əsgərlərə hər cür dəstəyi verdiklərini və verəcəklərini bildirib.

Bir müddətdir səbirlə həyata keçirdikləri terrorun mənbəyində aradan qaldırılması strategiyasının həm sərhəd daxilində, həm də hüdudlarından kənarda müsbət nəticələrini görməyə başladıqlarına diqqət çəkən prezident deyib:

“Biz ölmək, yox olmaq ərəfəsində olan bu müqaviləli qatil dəstələrinin yenidən çiçəklənməsinə və yenidən millətin başına bəla olmasına imkan verməyəcəyik. Məqsədimiz övladlarımıza terrorun qaranlıq kölgəsindən tamamilə azad, yolu və bəxti aydın olan Türkiyeni çatdırmaqdır".
Ərdoğan əlavə edib ki, Türkiye son illər müdafiə sənayesi sahəsində böyük uğurlar əldə edib: “Hazırda hədəf insansız sualtı qayıqlar hazırlamaqdır”.



Әlaqәli Xәbәrlәr