Bu gün Çanaqqala Dəniz Zəfərinin 109-cu ildönümüdür

Birinci Dünya Müharibəsi zamanı 18 mart 1915-ci ildə Osmanlı İmperiyasının qələbəsi ilə başa çatan Çanaqqala Dəniz Zəfəri hər il olduğu kimi qürurla qeyd edilir.

2116743
Bu gün Çanaqqala Dəniz Zəfərinin 109-cu ildönümüdür

Bu gün Çanaqqala Dəniz Zəfərinin 109-cu ildönümüdür.

Birinci Dünya Müharibəsində Osmanlı İmperatorluğu Çanaqqala Cəbhəsində bir millət olaraq var olmaq üçün mübarizə apardı.

Türk tarixinin dönüş nöqtələrindən biri olan Gelibolu müharibələri 19 fevral 1915-ci ildə Çanaqqalada dəniz döyüşü ilə başladı. 325 gün davam edən Gelibolu müharibələri 1916-cı il yanvarın 9-da Türk Ordusunun qələbəsi ilə başa çatdı.

1915-ci il martın 18-də Çanaqqalada əldə edilən dəniz zəfəri Türkiyenin gələcəyi üçün dönüş nöqtəsi oldu və Çanaqqalanın keçilə bilməyəcəyini sübut etdi.

Birinci Dünya Müharibəsi zamanı 18 mart 1915-ci ildə Osmanlı İmperiyasının qələbəsi ilə başa çatan Çanaqqala Dəniz Zəfəri hər il olduğu kimi qürurla qeyd edilir.

Tarixi Gelibolu yarımadasında Şəhidləri Anım Günü və Çanaqqala Dəniz Zəfərinin 109-cu ildönümü münasibətilə mərasim keçirilir.

Mərasimdə prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edir.

Mərasimdə mlli müdafiə naziri Yaşar Gülər mülki və hərbi rəsmilər, qazilər, siyasi partiya nümayəndələri və Avstraliya, Yeni Zelandiya və İngiltərənin missiya nümayəndələri iştirak ediblər.

Atatürk abidəsi önünə əklillər qoyulub.

Daha sonra üzərində “Çanaqqala keçilməz” yazısı olan qızıl medal milli müdafiə naziri Yaşar Gülər ​​tərəfindən Türkiye bayrağına asılıb.

Sükut dəqiqəsindən sonra İstiqlal Marşı ilə Türkiye bayrağı qaldırılıb.

Mərasim Çanaqqalada lövbər salmış TCG Büyükada korvetindən 21 artilleriya atəşi ilə başa çatıb.

Prezident Rəcəb Tayyib Ərdoğan da "Çanaqqala dəniz zəfəri və 18 Mart - Şəhidləri Anma Gününün 109-cu ildönümü münasibətilə Şəhidlər abidəsi keçirilən mərasimə qatılıb.

Ərdoğan burada etdiyi çıxışında deyib:

“İnanırıq ki, Türkiye əsrinin inşasında Çanaqqalada yazılmış dastandan öyrənəcəyimiz çox mühüm dərslər var. Bütün düşmənlər üzərimizə gəlsə, yıxılmayacağımızı sübut edən Çanaqqala ruhu yolumuzu daim işıqlandırmaqda davam edəcək”.

Çanaqqalanı keçilməz edənlər, düşmənə müqavimət göstərənlər, bu torpağı gələcək nəsillərə vətən edənlər, xüsusilə Türkiye Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü böyük qürur, rəhmət və minnətdarlıqla anılır.



Әlaqәli Xәbәrlәr