Türkiyənin milli müdafiə naziri ​​İraqdan sonra Hakkariyə keçdi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​İraq səfərindən sonra Hakkariyə keçərək Yüksekovadakı 3-cü Piyada Diviziya Komandanlığına baş çəkib

2115951
Türkiyənin milli müdafiə naziri ​​İraqdan sonra Hakkariyə keçdi

 

  Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​İraq səfərindən sonra Hakkariyə keçərək Yüksekovadakı 3-cü Piyada Diviziya Komandanlığına baş çəkib.

  Nazirlikdən verilən məlumata görə, Y.Gülər 14 martda ölkənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ilə İraqa etdiyi səfərdən sonra Hakkariyə gedib. Gecəni Yüksekovada keçirən müdafiə naziri ​​3-cü Piyada Diviziya Komandanlığında komandirlərlə görüşərək İraqın şimalında davam edən əməliyyatlarla bağlı son vəziyyətlə maraqlanıb və görüləcək işlərlə əlaqədar göstərişlər verib.



Әlaqәli Xәbәrlәr