TİKA fələstinli ailələrə yardım edib

TİKA Fələstinin müxtəlif şəhərlərindəki qaçqın düşərgələrində məskunlaşan 1000 ailəyə çatdırılması üçün Ramazan ayı ərzaq paketlərini Fələstinin Vəqflər və Din İşləri üzrə Nazirliyinə çatdırıb.

2115665
TİKA fələstinli ailələrə yardım edib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Fələstinin müxtəlif şəhərlərindəki qaçqın düşərgələrində məskunlaşan 1000 ailəyə çatdırılması üçün Ramazan ayı ərzaq paketlərini Fələstinin Vəqflər və Din İşləri üzrə Nazirliyinə çatdırıb.

İsrailin işğalı altında olan İordan çayının qərb sahilində illərlə davam etdirdiyi işğalçılıq siyasətləri ucbatından yaşanan sosial-iqtisadi çətinliklər Qəzzada oktyabrın 7-də başlayan müharibədən sonra da artmaqda davam edir.

Müharibədən sonra artan işsizlik və yoxsulluqla yanaşı, Cenin, Tulkarim, Qalkilya, Tubas, Nablus və Ramallah kimi şəhərlərə və xüsusilə bu şəhərlərdəki qaçqın düşərgələrinə təzyiq və hücumlar da artır.

TİKA müxtəlif şəhərlərdəki qaçqın düşərgələrində yaşayan 1000 fələstinli ailəyə paylanmaq üçün yağ, tomat pastası, düyü, un, lobya, mərcimək və əriştə kimi əsas qida məhsullarından ibarət Ramazan bağlamalarını Fələstinin Vəqflər və Din İşləri üzrə Nazirliyinə çatdırıb.

Bundan əlavə, Ramazan yardımları çərçivəsində son vaxtlar hücumlara məruz qalan Əl-Amari qaçqınlar düşərgəsi də ziyarət edilib və orada ehtiyacı olan ailələrə ərzaq paketləri paylanıb.



Әlaqәli Xәbәrlәr