Prezident Ərdoğan İraqa səfər edəcək

Xarici işlər nazirnin müavini Əhməd Yıldız İraqda səfərdədir.

2114595
Prezident Ərdoğan İraqa səfər edəcək

"Prezident Rəcəb Tayyib Ərdoğan aprelin ayının sonları İraqa səfər edəcək".

Bu barədə İraqda səfərdə olan xarici işlər nazirinin müavini Əhməd Yıldız bildirib.

"İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlərimiz olacaq, əlaqələrimizi nəzərdən keçirəcəyik. Önümüzdəki dövrdə keçiriləcək nazirlər görüşü və prezidentimizin səfəri üçün hazırlıqlarımızı edəcəyik"-deyə nazir müavini bildirib.

Əhməd Yıldız qeyd edib ki, Türkiye və İraqdan keçən İnkişaf Yolu böyük ehtiyacı ödəyəcək.

"Türkiye və İraq üzərindən çəkiləcək İnkişaf Yolu böyük bir inkişaf olacaq. Bu, ehtiyacı qarşılayacaq. Layihə həyata keçirilərsə hər iki ölkə üçün faydalı olacaqdır” - deyə o vurğulayıb.

Nazir müavini qeyd edib ki, Ərdoğan aprel ayının sonu İraqa rəsmi səfər edəcək.



Әlaqәli Xәbәrlәr