"İsrail Qəzzada ölən körpələrə görə cavab verməlidir", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan səfirlərlə görüşdüyü iftar proqramında çıxış edib.

2114539
"İsrail Qəzzada ölən körpələrə görə cavab verməlidir", R.T.Ərdoğan

“İsrailli rəhbərlər soyqırım həqiqətlərini gizlətməyə çalışmaq əvəzinə, Qəzzada ölən körpələrə görə cavab verməlidirlər".

Bunu prezident Rəcəb Tayyib Ərdoğan səfirlərlə görüşdüyü iftar proqramında etdiyi çıxışda deyib. 

Ərdoğan sülh ayı olan Ramazanı (11 mart-9 aprel) başda Qəzza olmaqla yaxın ətrafda baş verən hadisələrə görə kədərlə qarşıladıqlarını bildirib.

“İsrailin Qəzzada və işğal olunmuş ərazilərdə 5 aydır davam edən hücumlarında 32 min qardaşımız şəhid olub. 73 min fələstinli də yaralanıb. İsrailin amansız hücumları nəticəsində Qəzza dünyanın ən böyük uşaq və qadın qəbiristanlığına çevrilib. Biz belə danışanda (İsrailin Baş Naziri Benyamin) Netanyahu və onun qətl dəstəsi narahat olur. Onlar hər cür cəhd etdilər, lakin Tayyib Ərdoğanın haqqı və həqiqəti hayqırmasına heç vaxt mane ola bilmədilər. Bir az un, bir az makaron, bəlkə də bir tikə çörək almaq üçün növbə gözləyən günahsız dinc əhalini qətlə yetirənlərin bizə deyəcək sözü yoxdur”, -deyə dövlət başçısı vurğulayıb.

Prezident Türkiyenin indiyə qədər olduğu kimi bundan sonra da fələstinli qardaşlarını qoruyacağını, zalımlara qarşı qəti şəkildə geri addım atmayacağını bildirərək deyib:

“Bizim hamımızın qətlə yetirilən fələstinli uşaqlara borcumuz var və bu borc ancaq müstəqil Fələstin dövləti qurmaqla ödənilə bilər".


Etiketlәr: #İsrail , #Qəzza

Әlaqәli Xәbәrlәr