Nazir Mahinur Özdəmir Göktaş İsrailə reaksiya göstərib

İsrail Qəzzada 31 mindən çox günahsızı qətlə yetirərkən, Türkiye bu soyqırıma hər mənada reaksiya verməkdə davam edir.

2114086
Nazir Mahinur Özdəmir Göktaş İsrailə reaksiya göstərib

İsrail Qəzzada 31 mindən çox günahsızı qətlə yetirərkən, Türkiye bu soyqırıma hər mənada reaksiya verməkdə davam edir.

Türkiyenin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş İsrailin soyqırımına Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleya Salonunda etiraz aksiyası reaksiya verib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində BMT Baş Assambleyası zalında keçirilən “Qadınların Statusu Komissiyası” sessiyasında çıxış etmək növbəsi İsrailə çatdıqda nazir Mahinur Özdəmir Göktaş və Türkiye nümayəndə heyəti Baş Assambleya İclas Salonunu tərk ediblər.

İsrailin sosial bərabərlik və qadın haqlarının inkişafı naziri May Qolanın çıxışı bitdikdən sonra nazir Göktaş və türk heyəti Baş Assambleya salonuna qayıdıb.

Sessiyada çıxış edən Mahinur Özdəmir Göktaş Türkiyenin Qəzza xalqına dəstəyini təkrarlayıb.

Nazir Göktaş qlobal çağırışlara toxunarkən, başda yoxsulluq və institusional kövrəklik olmaqla əsas səbəblərlü üzləşmənin vacibliyini vurğulayaraq deyib:

“Biz bərabərlik məsələsini müzakirə edərkən, İsrailin fələstinlilərə qarşı hərəkətlərinin nəticəsi kimi davam edən və ciddi insani iztirablara böhrana göz yuma bilmərik”.



Әlaqәli Xәbәrlәr