Yunanıstan xarici işlər nazirinin müavini Ankarada

Ankara-Afina xəttində münasibətlərin normallaşması istiqamətində diplomatik gediş-gəliş davam edir

2113863
Yunanıstan xarici işlər nazirinin müavini Ankarada

 

  Ankara-Afina xəttində münasibətlərin normallaşması istiqamətində diplomatik gediş-gəliş davam edir.

  Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar və Yunanıstan xarici işlər nazirinin müavini səfir Alexandra Papadopulou martın 11-də paytaxt Ankarada görüşüblər.

  Yunanıstan və Türkiyə xarici işlər nazirlikləri arasındakı siyasi dialoq çərçivəsində ikitərəfli əlaqələr ətraflı müzakirə olunub. Görüş zamanı regional və beynəlxalq hadisələr də danışılıb.

  Türkiyə-Yunanıstan Birgə Fəaliyyət Planı görüşü aprelin 15-də İstanbulda keçiriləcək. İclasda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar, Yunanıstandan isə xarici işlər nazirinin müavini Konstantinos Fraqkoyannis rəhbərlik edəcək.

  Paytaxt Afinada keçirilməsi planlaşdırılan “Etimad tədbirləri” toplantısında isə müdafiə ilə bağlı məsələlər müzakirə olunacaq.

  Yunanıstanın baş naziri Kiriakos Mitsotakis 2024-cü ilin may ayında Ankaraya gələcək. K.Miçotakis Ankara ilə yanaşı İstanbul və Göremeyə də gedəcək.

  Qeyd edək ki, Yunanıstanla Türkiyə arasında məşvərət görüşləri 2023-cü ilin 7 dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri zamanı imzalanan Afina Bəyannaməsinin davamıdır.



Әlaqәli Xәbәrlәr